Tramp Britaniya Kralı ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Böyük Britaniya Kralı III Çarlzla görüşdə İrandakı müharibə və NATO tərəfdaşlığını müzakirə edəcəyini açıqlayıb.

Reuters-ə istinadən xəbər verir ki, Amerika lideri agentliyə verdiyi müsahibədə Böyük Britaniyada rəqəmsal xidmətlər vergisi məsələsini qaldıracağını da bildirib. Reuters ABŞ prezidentinin müvafiq sitatlarına istinad etməyib.

Qeyd edək ki, III Çarlz 27-30 aprel tarixlərində ABŞ-a dövlət səfəri edəcək. Onun Konqresdə çıxış etməsi və Ağ Evdə Tramp tərəfindən qəbul edilməsi gözlənilir.
  • Sosial şəbəkədə paylaş