Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ olub

Saxalin bölgəsindəki Kuril adaları yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, yeraltı təkanlar Severo-Kurilsk sakinləri tərəfindən hiss olunub. Zəlzələnin episentri Severo-Kurilskdən 97 km şərqdə, 39 km dərinlikdə yerləşib.
  • Sosial şəbəkədə paylaş