İraqın yeni prezidenti SEÇİLDİ

İraq parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən, ölkənin yeni prezidenti müəyyənləşib.

"Tasnim"ə istinadən xəbər verir ki, Kürdüstan Vətənpərvərlər Birliyinin rəsmi namizədi Nizar Amidi və Müsənna Amin arasında keçən ikinci tur səsvermədə Nizar Amidi səs çoxluğu qazanaraq qələbə çalıb.

Bu nəticə ilə Nizar Amidi Bağdaddakı "Salam" sarayında Əbdüllətif Rəşidi əvəz edərək prezident kürsüsünə əyləşib.

İraq mediasının yaydığı məlumata görə, prezident seçkilərinin həlledici olan ikinci turunda ümumilikdə 249 millət vəkili iştirak edib.

Qeyd edək ki, İraq prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir, səlahiyyət müddəti 4 ildir.

Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq prezidenti seçilib.
  • Sosial şəbəkədə paylaş