BƏƏ bir ballistik raket və 11 PUA hücumuna məruz qalıb

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus bir ballistik raket və 11 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınıb.

BƏƏ-nin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, hücumlar zamanı ölən və xəsarət alan olmayıb.

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri İran ətrafında hərbi əməliyyatlar başlanandan bəri 520 ballistik raket, 26 qanadlı raket və 2221 PUA hücumlarına qarşı mübarizə aparıb.
  • Sosial şəbəkədə paylaş