ABŞ bankının Yaxın Şərqdəki filialları VURULDU

İran Dubay və Manamada yerləşən ABŞ-nin "Citibank" filiallarına hücum edib. Bu addım ABŞ və İsrailin Tehrandakı banklara zərbələrindən sonra atılıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Əli Məhəmməd Naini məlumat verib.

“Amerika banklarına edilən hücum düşmənin 2 İran bankına qarşı həyata keçirdiyi təcavüzə cavabdır. Əgər düşmən bu addımı təkrar edərsə, bölgədəki bütün Amerika bankları bizim qanuni hədəfimiz olacaq”, - deyə iranlı general bildirib.
  • Sosial şəbəkədə paylaş