İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti Fars körfəzində ABŞ-yə məxsus tankerə zərbə endirildiyini açıqlayıb.
Xəbər verilir ki, açıqlamada bildirilir ki, bu gün səhər tezdən ABŞ mülkiyyətində olan və Marşal adaları bayrağı altında üzən “Safe Sia” adlı gəmi Fars körfəzinin şimal hissəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı üçün hədəfə alınıb.
İran tərəfi gəmiyə ABŞ ordusunun aktivlərindən biri kimi baxıldığını iddia edib.
Məlumata görə, SEPAH-ın dəniz qüvvələri tərəfindən edilən xəbərdarlıq və tələblərə əməl olunmadıqdan sonra gəmi vurulub.
SEPAH-ın açıqlamasında həmçinin qeyd olunub ki, Fars körfəzi və Hörmüz boğazından keçən neft tankerləri və digər gəmilər bölgədə yaranan təhlükəli vəziyyətin ABŞ-nin “ədalətsiz müdaxiləsinin nəticəsi” olduğunu bilməlidirlər.
Bildirilib ki, gəmi kapitanları təhlükəsizliklərini təmin etmək üçün İran tərəfindən müharibə şəraitində elan edilən qayda və məhdudiyyətlərə riayət etməlidirlər. Əks halda, “sərbəst uçan mərmilərin” zərbəsinə məruz qalma riski ilə üzləşə bilərlər.
SEPAH həmçinin sosial şəbəkələrdə ABŞ-yə məxsus olduğu bildirilən “Safe Sia” tankerinə hücum anına aid görüntülərin yayıldığını açıqlayıb.
Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.