İranın ali lideri Əli Xamenei Təbrizdə Şərqi Azərbaycan vilayəti sakinləri ilə görüş keçirib.
Görüşdə Xamenei “yanvar iğtişaşları” zamanı həlak olanlar üçün matəm saxladıqlarını bildirib və tökülən qanı “ümumi faciə” adlandırıb.
"Tasnim" xəbər verir ki, Xamenei ABŞ prezidenti Donald Trampı Amerika hərbi gəmilərini batırmaq qabiliyyətinə malik olduqlarını iddia edərək hədələyib.
"Onlar İrana gəmilər göndərdiklərini deyirlər. Gəmi təhlükəli bir cihazdır, amma həmin gəmini batırmaq qabiliyyətinə malik silah daha da təhlükəlidir", - deyə Xamenei bildirib.
O, Trampın dünyanın ən güclü ordusuna sahib olması iddialarını lağa qoyub və qeyd edib ki, hətta dünyanın ən güclü ordusuna belə o qədər güclü zərbə vurula bilər ki, bir daha ayağa qalxa bilməz.
Xamenei həmçinin ABŞ prezidentinin son 47 ildə İslam Respublikasını məğlub edə bilmədiyi barədə sözlərini xatırladıb.
“Bu, yaxşı etirafdır. Gələcəkdə siz də bunu edə bilməyəcəksiniz”, - deyə o bildirib.