Yanvarda Kiyevdən 600 min nəfər köçdü

Ukraynanın paytaxtı Kiyevdən yanvar ayında kütləvi köç müşahidə olunub.

Kiyev meri Vitaliy Kliçko "The Times" nəşrinə verdiyi müsahibədə bildirib ki, yanvar ayında şəhəri təxminən 600 min nəfər tərk edib.

Kiyev meriyasının mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, bu rəqəm araşdırma məlumatları əsasında hesablanıb: hazırda şəhərdə 600 min telefondan az “gecə qalıb”.

Qeyd edək ki, rəsmi statistikaya görə, Kiyevin əhalisi təxminən 3 milyon nəfərdir. Bu məlumatlar şəhərin demoqrafik vəziyyətində ciddi dəyişikliklər olduğunu göstərir və hazırda həm humanitar, həm də sosial məsələlər üçün əlavə tədbirlərin zəruriliyini ortaya qoyur.
  • Sosial şəbəkədə paylaş