Ermənistanda Antikorrupsiya Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edərək tanınmış iş adamı Samvel Karapetyanın yenidən istintaq təcridxanasına qaytarılması barədə qərar qəbul edib.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda məhkəmə qərarı ilə Karapetyanın həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmuşdu. Lakin Ermənistanın Baş Prokurorluğu və İstintaq Komitəsi bu qərarla razılaşmayaraq, onun ləğvi və iş adamının yenidən təcridxanaya qaytarılması üçün apellyasiya şikayəti vermişdi. Məhz bu müraciət təmin olunub və məhkəmə daha sərt tədbirin tətbiqinə qərar verib.
Məlumata görə, Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyan 18 iyun 2025-ci ildən bəri həbsdədir. Ona qarşı “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham irəli sürülüb. Ermənistan hüquq-mühafizə orqanları bildirirlər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb.
Karapetyan isə irəli sürülən ittihamları qəti şəkildə rədd edir və özünü siyasi sifarişin qurbanı hesab etdiyini bildirir. Onun müdafiə tərəfi məhkəmənin qərarını siyasi motivli adlandırır və beynəlxalq instansiyalara müraciət edilə biləcəyini istisna etmir.
Siyasi müşahidəçilər qeyd edirlər ki, bu qərar Ermənistan daxilində biznes və siyasət münasibətlərində gərginliyin artdığını göstərir. Ekspertlərin fikrincə, Karapetyanın yenidən təcridxanaya qaytarılması həm daxili siyasi mübarizənin sərtləşməsi, həm də iri kapital sahiblərinə qarşı hökumətin mövqeyinin dəyişməsi kimi qiymətləndirilə bilər.
Hazırda iş üzrə istintaq davam edir və məhkəmə prosesinin yaxın aylarda Ermənistanın siyasi gündəmində əsas mövzulardan biri olacağı gözlənilir.