Rəsmi açıqlamaya görə, hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza proseduru asanlaşdırılacaq. Razılaşmaya əsasən, bu kateqoriyaya aid şəxslər 1 yanvar 2026-cı ildən etibarən elektron vizanı ödənişsiz şəkildə əldə edə biləcəklər.
Məlumatda qeyd olunur ki, qərar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində qəbul edilib və rəsmi təmasların, eləcə də qarşılıqlı səfərlərin asanlaşdırılmasını hədəfləyir.