Cənubi Koreyada zavodda qaz sızması baş verib, ölən və yaralananlar var

Cənubi Koreyanın Pohang şəhərində zavodda qaz sızması baş verib.

Cənubi Koreyanın “Yonhap” informasiya agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində bir işçi həlak olub, üç nəfər isə yaralanıb. Zavod işini müvəqqəti dayandırıb.

Qəza ilə bağlı polis araşdırmalara başlayıb.
  • Sosial şəbəkədə paylaş