Ermənistanda “Trans Akademiyası” yaradılıb

İrəvanda fəaliyyət göstərən “Right Side NGO” və “Pink Armenia” adlı təşkilatlar bu ölkədə “Trans Akademiyası” adlandırılan yeni maarifləndirici proqramı işə salıblar.

KİV xəbər verir ki, layihə “International Trans Fund” və bir sıra Qərb donor qurumları tərəfindən maliyyələşdirilir.

Akademiyanın məqsədi özlərini “gender kimliyi dəyişkən” sayan şəxslərə hüquqi, sosial və psixoloji dəstək vermək, həmçinin onları “liderlər kimi yetişdirmək”dir.

Lakin bu təşəbbüs Ermənistan cəmiyyətində ciddi mübahisələr yaradıb. Çünki əksər ermənilər üçün bu tip Qərb mənşəli layihələr milli-mənəvi dəyərlərə, ənənəvi ailə modelinə və dini təsəvvürlərə zidd hesab olunur. Sosial mediada yayılan görüntülərdə uzun saçlı, plastik əməliyyatlı gənclərin “gender azadlığı” adı altında təbliğat aparması ictimai narazılığa səbəb olub.
  • Sosial şəbəkədə paylaş