Dağıstanda niqab taxmaq qadağan edildi

Bu qadağa müvəqqətidir, yaranmış kriminal vəziyyətlə bağlıdır. Vəziyyət düzələndən sonra hər şey öz axarına qayıdacaq.

Ötən günlərdə Dağıstanda çox sayda ölümlə nəticələnən terror hadisələri baş verib. Kriminogen vəziyyət hələ də mürəkkəbdir və hər an partlayış xarakterli proseslər başlaya bilər.

Arayış üçün deyək ki, niqab gözlərdən başqa bütün bədən üzvlərini örtmək üçün qadınlar tərəfindən istifadə edilən bir növ pərdədir. Belə bir örtüyün altında rahat şəkildə terroristlər də gizlənə bilirlər. Güman olunur ki, məhz bu səbəbdən də onun istifadəsi müvəqqəti dayandırılıb.
  • Sosial şəbəkədə paylaş