NATO-nun qərargahında Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan-NATO tərəfdaşlığının qurulmasının 30-cu ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illik yubileyi qeyd edilib.

Azərbaycanın NATO yanında Nümayəndəliyindən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Hərbi Komitəsinin sədr müavini, Alyansın Beynəlxalq Qərargahının, Beynəlxalq Hərbi Qərargahının, Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri, eləcə də NATO-ya üzv və tərəfdaş ölkələrin Alyans yanındakı səfirləri və hərbi nümayəndələri, o cümlədən diplomatik korpusun üzvləri iştirak edib.
  • Sosial şəbəkədə paylaş