Türkiyədə üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb

Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

Bu barədə "Habertürk" telekanalının efirində şəhər yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:40-da Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.
  • Sosial şəbəkədə paylaş