İsrail HƏMAS liderinin üç oğlunu öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin üç oğlunu hava hücumu nəticəsində öldürüb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Həmas lideri İsmayıl Haniyənin üç oğlu və üç nəvəsi İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində həlak olub”, - telekanalın açıqlamasında deyilir.

Hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilir.
  • Sosial şəbəkədə paylaş