Niderlanda kafedə silahlı şəxs insanlar girov götürdü

Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs “Petticoat” əyləncə mərkəzindəki kafedə insanları girov götürüb.

İlkin məlumatlara görə, bir nəfər silah və partlayıcı ilə binaya daxil olaraq partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək olub. Əməliyyat davam edir.
  • Sosial şəbəkədə paylaş