Xırdalanda 15 gün ərzində iki yeniyetmə qız eyni binadan düşərək ölüb.
Qızlardan biri 16 yaşlı Şəms Müzəffərzadə, digəri ondan cəmi bir yaş kiçik Şəbnəm Abdullah qızı Omiddir.
Sözügedən hadisələr sosial şəbəkələrə ciddi müzakirələrə yol açıb. Qeyd edilir ki, yeniyetmələrin heç biri hadisə baş verən binanın sakini deyil.
Hətta ölümlərlə əlaqədar ciddi iddialar da səsləndirilir. Sosial şəbəkə istifadəçiləri, binanın sakini olduğunu deyən şəxslər məsələyə şərh bildirərək qızların cinayət qurbanı olduğunu deyirlər.
“Qafqazinfo” məsələnin aktuallığını nəzərə alıb hadisə baş verən yerə gedib. Məlum olub ki, Şəbnəm Xırdalanda başqa binada yaşayıb. Şəms isə Abşeron rayonunun, Hökməli qəsəbə sakini olub. Öyrəndik ki, qızların hər ikisinin cəsədi yaşayış kompleksinin 41 saylı binasının qarşısında aşkar edilib. Amma onların konkret olaraq neçənci mərtəbədən düşdükləri bilinmir. Bina təhlükəsizlik kameraları ilə izlənilir, amma kameralar 8-ci mərtəbədən yuxarını qeydə ala bilmir.
Sakinlərlə söhbətimizdən aydın olub ki, ardıcıl baş verən müəmmalı hadisələr onlarda narahatlıq yaradıb.