2026-cı ildən qanunvericilikdə bəzi dəyişikliklərin qüvvəyə minməsi, eləcə də taksi fəaliyyəti ilə bağlı qaydaların dəyişməsi ehtimalı avtomobil bazarında canlanmaya səbəb olub. 2025-ci ildə məhz bunun təsiri ilə böyük idxal göstəriciləri qeydə alınıb. Təsadüfi deyil ki, avtomobillərin sayında 100 mindən çox artım olub. Ümumi say 1 milyon 934 min 598-ə çatıb.
Bizimyol.info xəbər verir ki, son 5 il ərzində ölkənin avtomobil parkı 31 faizdən çox böyüyüb. Bu müddət ərzində Azərbaycana 461 mindən artıq avtomobil gətirilib. Minik avtomobillərinin sayı 1 milyon 577 min 157-yə çatıb. Ötən il ölkəyə gətirilən 100 min 724 nəqliyyat vasitəsinin 82 faizi minik avtomobilləri olub.
Motosikletlərin sayının artmasını müşahidələr də göstərir. Xüsusilə Bakıda və Abşeron yarımadasında bu çevik nəqliyyat vasitəsinə daha çox rast gəlinir. Hazırda ölkədə 13 min 258 motosiklet var. Təsəvvür edin ki, onların 22,5 faizi ötən il gətirilib.
Azərbaycanda avtomobillərin sayı sürətlə artır. Hərçənd builki göstəricilər yüksək deyil. İllik hesabata hələ çox var. Aylıq hesabatlar isə göstəricilərin aşağı düşdüyünü göstərir. Buna baxmayaraq, ümumi say kifayət qədər böyük görünür. Halbuki başqa ölkələrlə müqayisədə Azərbaycanda avtomobillərin sayının çox olduğunu demək olmaz.
Azərbaycanda hər 1000 nəfərə 188 avtomobil düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 112-ci pillədədir. Hətta Liberiya və Botsvana kimi Afrika ölkələrində bu göstərici daha yüksəkdir. Postsovet ölkələrindən Latviyada hər 1000 nəfərə 424, Gürcüstanda isə 414 avtomobil düşür. Estoniyada bu rəqəm 635, Litvada 598-dir. San-Marino ilə isə ümumiyyətlə müqayisə aparmaq mümkün deyil: burada hər 1000 nəfərə 1606 avtomobil düşür.