26 yaşlı oğlan Bulvarda özünü dənizə atdı

Paytaxtda Dənizkənarı Milli Park ərazisində 1 nəfər özünü dənizə atıb.

Hadisə bu gün səhər saatlarında baş verib.

1998-ci il təvəllüdlü Mirzalıyev Mirzalı İdris oğlu Bulvarda özünü suya ataraq, intihara cəhd edib. Ətrafdakıların köməyi ilə o, sudan çıxarılıb, dərhal xəstəxanaya çatdırılıb.

26 yaşlı gəncə başın küt travması diaqnozu qoyulub.
  • Sosial şəbəkədə paylaş