Quba-Qusar yolunda yağan qar qəzaya səbəb oldu

Quba rayonunda müşahidə olunan qarlı hava şəraiti yollarda sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Quba-Qusar yolunda qarlı hava şəraiti səbəbindən yolun buz bağlaması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, avtomobil yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək ağaca çırpılıb.
  • Sosial şəbəkədə paylaş